26 aprel 2012 00:07
Berti Foqts: Bundan imtina etmək günah olardı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts ötən gün keçirilən “Neftçi” – “İnter” oyunu zamanı azerisport.az saytına həm izlədiyi matçla, həm də millimizin qarşıdakı planları ilə bağlı fikirlərini bölüşüb. Almaniyalı mütəxəssis öncə bunları dilə gətirib:
“Düzünü deyim ki, “İnter”dən daha çox şey gözləyirdim. “Neftçi” demək olar ki, çempiondu. Bu komandanın liderliyini də layiqli hesab edirəm. Çünki komanda özü üçün yaxşı xal ehtiyatı toplaya bilib”.
“Düzünü deyim ki, “İnter”dən daha çox şey gözləyirdim. “Neftçi” demək olar ki, çempiondu. Bu komandanın liderliyini də layiqli hesab edirəm. Çünki komanda özü üçün yaxşı xal ehtiyatı toplaya bilib”.
Foqts yığmamızın qarşıdakı toplanışına da toxunub: “Mayın 20-də toplaşacağıq və Yaponiyaya gedəcəyik. Daha sonra isə Almaniyaya yollanmalıyıq. Etiraf edim ki, yaponların yoldaşlıq oyunu təkligi çox xoş oldu. Bundan imtina etmək günah olardı. Onlarla oyun komandamızın xeyrinə olacaq”.
Foqts Belarusla sınaq matçından da danışıb: “Dubay toplanışı göstərdi ki, futbolçularımız qısa zaman kəsiyində üç oyun keçirməyə hazır deyillər”.
Almaniyalı mütəxəssis “Xəzər Lənkəran”ın 6 xalının silinməsinə də münasibətini açıqlayıb: “Bu, futbolun reallığıdı. Müqavilənin şərtlərinə əməl etmək lazımdı. Təəssüf ki, bu hadisə mövsümün sonunda baş verdi”.
