25 aprel 2012 10:50

Vladimir Levin: Qol vursaq, hər şey yaxşı olacaq

“İnter”in müdafiəçisi Vladimir Levin futbol üzrə ölkə kubokunun ikinci yarımfinal görüşü çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək oyun barədə (ilk oyun: 0:0) fikirlərini azerisport.az-a açıqlayıb.
 
“Adi qaydada hazırlaşırıq. Prinsipcə sabah bizi nə gözlədiyini bilirik. Bu, finala vəsiqənin sahibini müəyyən edəcək həlledici oyun olacaq. Sabah finala çıxmağa çalışacağıq”, deyə Levin bildirib.
 
Levinin sözlərinə görə onları məhsuldar heç-heçə də təmin edir: “Bəli, əlbəttə ki qol vurmaq yaxşı olardı. Hər halda qol vurmaqla yanaşı qol buraxmamaq da lazımdır. Qol vursaq, hər şey yaxşı olacaq”.
 
Çempionatın 29-cu turunda “İnter” Bakıda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edərək çoxdan gözlənilən qələbə qazandı. Levin bu qələbənin komanda ruhuna çox yaxşı təsir etdiyini bildirib: “Əlbəttə, biz uzun müddət idi ki, qələbə qazana bilmirdik.  Son dəfə ölkə kubokunun 1/4 finalında “Xəzər-Lənkəran”ı məğlub etmişdik”.
 
“İnter”in kapitanı ötən mövsüm ölkə kubokunun finalındakı məğlubiyyəti xatırlayaraq bildirib: “Final mövsümün son oyunu olacaq. Ötən mövsüm finalda birinci hissəni boşa verərək elə də uğurla oynamadıq. İndi isə finala çıxmaq və Kuboku qazanmaq istəyirik”.
 
“Neftçi”nin ötən tur “Xəzər-Lənkəran”a məğlub olmaqla (0:1) çempionluğu rəsmiləşdirə bilməməsinə toxunan Levin, bunları bildirib: “düzünü desəm, rəqibin hansı ovqatda meydana çıxacağını bilirəm. Ancaq “Neftçi” təcrübəli komandadı. Onlar kubok oyununa lazımı qaydada hazırlaşıb mübarizəyə köklənə biləcəklər. Düşünürəm ki, bu məğlubiyyət “neftçilər”in sabahkı oyununa təsir etməyəcək. Onlar da bizim kimi qələbəyə oynayacaqlar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.