25 aprel 2012 11:22
Novruz Əzimov: Qarabağla keçiriləcək oyun gərginliyi ilə fərqlənir
Azerisport.az “Bakı”nın baş məşqçisi Novruz Əzimovun ölkə kubokunun ikinci yarımfinal görüşü çərçivəsində “Qarabağ”la keçiriləcək oyun (ilk oyun: 0:1) barədə fikirlərini diqqətinizə çatdırır.
“Bu oyuna hər oyuna olduğu kimi hazırlaşırıq. Əlbəttə, baş tutacaq qarşılaşma gərginliyi ilə fərqlənir. Ancaq biz, yaxşı hazırlaşmışıq və yaxşı oyun göstərərək lazımı nəticə qazanmağa çalışacağıq. İtkilərdən çoxdan sıradan çıxmış Elvin Əliyevi, həmçinin Novruz Məmmədovla Duje Bakoviçi qeyd edərdim”, deyə Əzimov bildirib. (fcBakutv)
