25 aprel 2012 12:51
Rusiya millisi Bakıya başqa baş məşqçi ilə gələ bilər
Futbol üzrə Rusiya yığmasını Nikolay Pisarev çalışdıra bilər. Azerisport.az xəbər verir ki, onun hazırkı baş məşqçi Dik Advokatı əvəzləməsi ehtimalı heç də az deyil.
Mələsə burasındadı ki, Rusiya Futbol İttifaqı hələ də hollandiyalı mütəxəssisə yeni müqavilə təklif etməyib. Əgər ruslar aprelin sonuna kimi Advokatla yeni müqavilə imzalamasa, onun yeni təklifləri nəzərdən keçirməyə başlayacağı güman olunur. Onunla daha çox PSV-nin maraqlandığı da gələn xəbərlər arasındadı.
Qeyd edək ki, Rusiya yığması Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən biridi. Nikolay Pisarev isə hazırda Rusiyanın gənclərdən ibarət yığmasının sükanı arxasında çalışır.
