25 aprel 2012 13:23
Simurq AZAL-la oyuna iki itki ilə hazırlaşır
Premyer Liqanın 29-cu turu çərçivəsində doğma arenada “Sumqayıt”ı məğlub edən “Simurq” AZAL-la növbəti oyuna hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, dünəndən məşqləri bərpa edən komandada kapitan Rasim Ramaldanov və qapıçı Fuad Əhmədov zədəli olduqlarından hazırlıq prosesində iştirak etmir.
30-cu turda AZAL-ın qonağı olacaq Zaqatala təmsilçisi ayın 28-də Bakıya gələcək və oyunun keçiriləcəyi meydanda son məşqini edərək qarşılaşmanın başlama vaxtını gözləyəcək. AZAL – “Simurq” oyunu aprelin 29-da, “AZAL Arena”da keçiriləcək və saat 18:15-də start götürəcək.
