26 aprel 2012 13:01
Neftçi Sloveniya və Türkiyəni seçdi
“Neftçi” avrokuboklara hazırlıq planlarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, son ölkə çempionu iyunun 12-dən 25-nə qədər Türkiyənin Bolu şəhərində hazırlıq keçəcək.
Hazırlıq Sloveniyada davam etdiriləcək. Komandanın Bakıya qayıdacağı və ya avrokuboklardakı ilk oyununa birbaşa yollanacağı isə püşkatmadan sonra bilinəcək.
