26 aprel 2012 13:20
Norveç - Azərbaycan matçının yeri və başlama saatı açıqlandı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də keçiriləcək Norveç – Azərbaycan oyununun başlanma vaxtı və stadion müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma Drammen şəhərindəki Marienlyst stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
