26 aprel 2012 14:02
AFFA-dan FİFA-nın XL-la bağlı qərarına reaksiya
Məlum olduğu kimi, FİFA-nın məktubuna əsasən “Xəzər Lənkəran” Futbol Klubunun hesabından AFFA-nın İntizam Komitəsinin qərarı ilə 6 xal silinib. Azerisport.az xəbər verir ki, məsələ ilə bağlı FİFA-dan AFFA-ya növbəti məktub daxil olub.
AFFA-nın baş katibi Elxan Məmmədov məsələ ilə əlaqədar qurumun saytına fikirlərini bildirib: “Məktubda qeyd olunur ki, AFFA ilə FİFA arasında 2012-ci il aprelin 18-də aparılmış yazışmaya uyğun olaraq, FİFA məsələyə yenidən baxıb və “Xəzər Lənkəran”ın hesabından silinmiş 6 xalın geri qaytarılması ilə bağlı qərarın çıxarılmalı olduğunu bildirib. Bununla əlaqədar, AFFA-nın İntizam Komitəsinin bu gün keçiriləcək növbədənkənar iclasında FİFA-nın tələbinə uyğun qərar qəbul olunacaq. Biz çox şadıq ki, “Xəzər Lənkəran” klubu ətrafında cərəyan edən bu məsələ ilə bağlı ədalətli qərar çıxarılacaq”.
