26 aprel 2012 15:03
Rəşad Sadıqov: Belə şeylər ancaq bizim futbolda ola bilər
"Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib, avrokuboklardan kənarda qalmaq təhlükəsiylə bağlı fikirlərini bölüşüb.
- “Bakı”nı ilk kubok oyununda məğlub etdiyiniz halda doğma meydanda bu uğurun davamını gətirməyinizə nə mane oldu ki?
- Çox pis oynadıq. Xüsusilə də ilk yarıda. 120 dəqiqə ərzində rəqib qapımıza bircə zərbə endirdi, o da qol oldu. Bilmirəm rəqiblərimiz “Qarabağ”a qarşı niyə həmişə fərqli əvalla oynayırlar. Bəlkə, son dövrlər zəif oynamağa başlamışıq? İkinci hissədə çoxlu hücumlar qursaq da, alınmadı. Penalti seriyasında da uğur qonaqların tərəfində idi.

- Ola bilər ki, komanda həqiqətən zəifləyib?
- Məlum eniş hiss olunur. Amma üç gündən bir oyun keçirəndə, başqa cür gözləməyə də dəyməz. Həm də artıq sonuncu dəfə optimal heyətlə nə vaxt oynadığımızı xatırlamıram. Əfran İsmayılov yenidən zədələndi. Hücum xəttində o, çox önəmli oyunçu idi. Rəşad Sadiqovun da xidmətindən tam yararlana bilmirik.
- Penalti seriyasında da məhz Sadiqov zərbəni dəqiq vura bilmədi...
- Amma bütün komanda onu dəstəklədi. Nə etmək olar. Üç ildi həm daxili turnirlərdə, həm Avropa Liqasında uğurla çıxış edirik. Amma futbolda heç də həmişə alınmır.
- FİFA-nın “Xəzər Lənkəran” haqda çıxardığı qərarı ləğv etməsini necə qarşıladınız?
- Komandanın altı xalını mövsümün sonunda silmək düzgün qərar deyildi. Düzdü, indi həmin xallar geri qaytarıldı. Amma bunun özü də yanlış qərardı. Çünki “Qəbələ” (0:1) və “Bakı” (2:4) ilə oyunlarda biz demək olar ki, va-banka getdik. Halbuki, “Xəzər Lənkəran”ın 6 xalı silinməsəydi, daha ehtiyatlı oynayar, ən azı heç-heçəyə çalışardıq. O zaman vəziyyətimiz indikinə nisbətən daha uaxşı olardı. Yenə deyirəm, “Xəzər Lənkəran”ın altı xalının silinməsi lazım idisə, bunu növbəti mövsümdən şamil etmək lazım idi. Bu qərarın çıxarılması, sonradan ləğv olunması çox şeyi korladı. Belə şeylər ancaq bizim futbolda ola bilər.

- Artıq istənilən halda sizə mütləq ikinci və ya üçüncü pilləni tutmaq lazımdı ki, Avropa Liqasına gedə biləsiz...
- Bəli, “Qarabağ” üçün vəziyyət heç də ürəkaçan deyil. Çünki hazırda avrokuboklar zonasından kənardayıq. Belə bir təhlükənin olmasını hələ vəziyyət bu qədər çətin olmadığı dövrdə də demişdim. “İnter”lə oyunun 90-cı dəqiqəsində buraxdığımız qol komandaya mənfi təsir göstərdi. Ona görə də həmin vaxt çempionluq şanslarımızdan danışmaq istəmirdim.
- İndi bəs nə olacaq?
- Qarşıda üç oyunumuz var. “Neftçi”, “İnter”, “Xəzər Lənkəran”la oyunları qələbəylə bitirməliyik. Hər şeyə sıfırdan başlayırıq. Avropa Liqasına düşmək üçün əlimizdən gələni edəcəyik. Mübarizəmizi sona kimi davam etdirəcəyik.