26 aprel 2012 16:00
AFFA da XL haqda qərarını dəyişdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra ağaşıdakı qərarı çıxarıb:
FİFA-nın İntizam Komitəsinin “Xəzər Lənkəran” klubunun aktivindən 6 xal silinməsi ilə bağlı çıxardığı qərarından sonra 18 aprel 2012-ci il tarixindən etibarən AFFA ilə FİFA arasında aparılmış yazışmaya uyğun olaraq, FİFA məsələyə yenidən baxıb və “Xəzər Lənkəran” klubunun hesabından silinmiş xalların geri qaytarılması ilə bağlı qərar qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:
İntizam Komitəsinin 13 aprel 2012-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilsin və “Xəzər Lənkəran” klubunun aktivindən silinmiş 6 xal bərpa olunsun.
