26 aprel 2012 16:41
Berti Foqts millinin heyətini açıqladı
Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts milliyə 21 futbolçu dəvət edib.
Daha 6 futbolçu isə ehtiyat qüvvə kimi nəzərdə tutulub. Həmin ehtiyat oyunçular Yaponiya yığması ilə oyuna dəvət olunmayacağı təqdirdə, mayın 24-də Almaniyanın Frankfurt şəhərində Azərbaycanın millisinin heyətinə qoşulacaqlar.
Onu da qeyd edək ki, millimiz mayın 20-dən 23-dək Yaponiyanın Şizuoka şəhərində, mayın 24-dən 31-dək Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı, mayın 23-də Yaponiya, mayın 30-da isə Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Anar Nəzirov (Turan), Rauf Mehdiyev (Neftçi);
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev (hər ikisi “Qarabağ”), Vladimir Levin (İnter), Ruslan Abışov, Ruslan Əmircanov (hər ikisi “Neftçi”), Vurğun Hüseynov, Mahir Şükürov (hər ikisi “Qəbələ”), Ufuk Budak (Freiburg, Almaniya);
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov (Qəbələ), Aqil Nəbiyev (AZAL), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Elvin Məmmədov (Bakı), Cavid İmamverdiyev (Neftçi);
Hücumçular: Rizvan Umarov (Elche, İspaniya), Branimir Subaşıç (XəzərLənkəran), Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Cihan Özkara (Sivasspor, Türkiyə).
Ehtiyat oyunçular: Aqil Məmmədov (Bakı), Əli Gökdemir (Hannover 96, Almaniya), Bədavi Hüseynov, Hacı Əhmədov, Murad Ağayev, Uğur Pamuk (hamısı “Sumqayıt”).
