26 aprel 2012 16:56

Xəzər Lənkəran: 6 xalın bərpası AFFA-nın yox, öz əməyimizin bəhrəsidi

Artıq xəbər verdiyimiz kimi, FİFA İntizam Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Xəzər Lənkəran” Futbol Klubuna ünvanladığı məktubda bir müddət öncə bu klubun hesabından altı xalın silinməsi barədə qurumun çıxardığı qərarın yanlış olduğunu bildirib və ölkə futbol federasiyasından silinmiş altı xalı bərpa etməyi tələb edib. Azerisport.az xəbər verir ki, FİFA tərəfindən bu məsələyə yenidən baxılması “Xəzər Lənkəran” FK-nun İdman Arbirtraj Məhkəməsinə verdiyi apellyasiya şikayətinin nəticəsi olaraq baş tutdu.
 
Belə ki, klub tərəfindən 13 və 19 aprel tarixlərində İAM-nə göndərilən məktublarda borcun qalıq hissəsinin müəyyən olunmuş vaxt limiti çərçivəsində ödənildiyi göstərilmişdi. 24 aprel 2012-ci il tarixdə İdman Arbitraj Məhkəməsindən “Xəzər Lənkəran”a gələn məktubda klubun apelyasiya şikayətinin faktlar və qoşma sənədlərlə birlikdə FİFA-ya göndərildiyi də bildirilmişdi.

Yayılan bəzi məlumatlarda FİFA-nın məsələyə yenidən baxması AFFA tərəfindən onlara müraciətin edilməsinin nəticəsi kimi qələmə verilir. Lakin bu məktubun mətnindən də görünür ki, 18 aprel 2012-ci il tarixdə AFFA FİFA-ya yalnız xalların çıxılmasının icra edilməsi ilə bağlı məlumat göndərib. FİFA isə məktubda buna cavab olaraq yeni faktların aşkar olunduğunu bildirir. Bir daha qeyd edirik ki, “Xəzər Lənkəran”ın silinmiş xallarının bərpası məhz klubun başda klub prezidenti olmaqla əməkdaşlarının səyləri sayəsində bu istiqamətdə aparılan tədbirlərinin nəticəsi olaraq mümkün oldu. Aidiyyatı qurumlar isə bu məsələnin müsbət həlli baxımından hər hansı bir uğurlu addım atmağa nail olmamışdılar. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.