26 aprel 2012 17:42
Premyer Liqası: 30-cu turun təyinatları
Futbol üzrə Azərbaycan Premyer Liqasında 30-cu turun oyunlarına təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, ənənəyə uyğun olaraq, yenə hələlik AFFA nümayəndəsi və hakim-inspektorların adları bəllidi.
Hakim təyinatları isə həmişəki kimi oyun günlərində açıqlanacaq. Oyunların keçirilmə yerləri, başlama saatları, eləcə də mövcud təyinatlar isə aşağıdakı kimidi:
Premyer Liqa
30-cu tur
28 aprel (şənbə)
Turan - Sumqayıt
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Fazil Mürşüdov
Tovuz şəhər stadionu. Saat 16:00
Rəvan - Kəpəz
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
Dalğa Arena. Saat 16:30
29 aprel (bazar)
Qəbələ - Bakı
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu. Saat 17:00
Neftçi - Qarabağ
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Xaqani Məmmədov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17:00
İnter - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. "Şəfa" stadionu. Saat 17:00.
AZAL - Simurq
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
AZAL Arena. Saat 18:15.
