26 aprel 2012 18:07
Bakı Neftçinin rekordunu təkrarladı
Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları “Qarabağ” və “Bakı” arasında oyunun penaltilər seriyası ilə yekunlaşması ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, cari mövsümdə artıq 2-ci dəfədiki, mərhələni keçən komanda penaltilər seriyasında müəyyənləşir.
İlk belə hal da “Bakı”nın iştirakı ilə olmuşdu. 1/8 finalda “Rəvan”ı mübarizədən kənarlaşdıran (3:2) paytaxtın eyniadlı təmsilçisi bu dəfə də qalib gəldi – 5:4.
Ümumilikdə isə Azərbaycan kuboku tarixində 18-ci dəfə yaşanan penaltilər seriyası 4-cü dəfə “Bakı”nın, 3-cü dəfə isə “Qarabağ”ın iştirakı ilə baş tutdu. Son 2 mövsümdə 3-cü dəfə penaltilər seriyasına qatılan “Bakı” ümumilikdə 4-ə çatmaqla “Neftçi”nin rekordunu təkrarladı. Bu 2 komanda Azərbaycan kubokunda ən çox penalti seriyasında iştirak edən klublardır. Onların hər ikisi 4 belə oyundan 3-də qalib gəlib. Yəni “Bakı” 3 dəfə penaltilər seriyası hesabına mərhələ keçmək rekordunda da “Neftçi”yə şərik oldu.
1 dəfə mərhələni bu yolla adlayan “Qarabağ” isə ardıcıl 2 mövsümdür mübarizəni penaltilər seriyasında dayandırır. Ötən mövsüm 1/8 finalda “Turan” Ağdam təmsilçisini dayandırmışdı.
Azərbaycan kuboku tarixində bütün penalti seriyaları:
|
1992
|
İnşaatçı (Bakı)
|
Xəzər (Sumqayıt)
|
1:1, pen. 5:4
|
|
1993
|
Kür (Mingəçevir)
|
Xəzri (Buzovna)
|
3:0, 0:3, pen. 4:3
|
|
1993
|
Neftçi (Bakı)
|
Xəzər (Sumqayıt)
|
0:0, 0:0, pen. 4:3
|
|
1993/94
|
Turan (Tovuz)
|
OİK Göyəzən (Qazax)
|
0,:0, 0:0, pen. 1:3
|
|
1998/99
|
Şəmkir
|
Neftçi (Bakı)
|
0:0, pen. 3:5
|
|
1999/2000
|
Turan (Tovuz)
|
Qarabağ (Ağdam)
|
1:0, 0:1, pen. 4:5
|
|
2003/04
|
Bakılı
|
Neftçi (Bakı)
|
1:0, 0:1 pen. 3:5
|
|
2004/05
|
Karvan (Yevlax)
|
Xəzər Lənkəran
|
1:1, 1:1, pen. 4:5
|
|
2004/05
|
Neftçi (Bakı)
|
İnter (Bakı)
|
0:0, 0:0, pen. 3:4
|
|
2007/08
|
Bakı
|
Qəbələ
|
1:1, 1:1, pen. 3:4
|
|
2009/10
|
Simurq (Zaqatala)
|
Olimpik-Şüvəlan (Bakı)
|
0:0, 0:0, pen. 2:4
|
|
2010/11
|
Bakı
|
Muğan (Salyan)
|
1:1, pen. 5:3
|
|
2010/11
|
Karvan (Yevlax)
|
MKT-Araz İmişli)
|
1:1, pen. 3:4
|
|
2010/11
|
Qarabağ (Ağdam)
|
Turan (Tovuz)
|
0:0, pen. 3:4
|
|
2010/11
|
Simurq (Zaqatala)
|
Abşeron (Bakı)
|
1:1, pen. 1:4
|
|
2010/11
|
Xəzər Lənkəran
|
İnter (Bakı)
|
1:1, pen. 4:2
|
|
2011/12
|
Bakı
|
Rəvan (Bakı)
|
0:0, pen. 3:2
|
|
2011/12
|
Bakı
|
Qarabağ (Ağdam)
|
0:1, 1:0, pen.5:4
|
