26 aprel 2012 18:14

“Finala çıxıb kuboku qazanmamaq günah olar”

"Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Azərbaycan kubokunun yarımfinal mərhələsinin “İnter”lə cavab oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “İnter” üzərində qələbəni necə şərh edərdiniz?
- İlk növbədə sevindirici məqam kimi onu qeyd etmək istərdim ki, biz təsnifat mərhələsindəki oyunlarda məğlub olsaq da, həm final mərhələsində, həm də kubokdakı görüşlərdə uğur qazanmağı bacardıq. Bilirdik ki, bu oyun da asan olmayacaq. Çünki finala vəsiqənin taleyi müəyyən olurdu. Amma göründüyü kimi, uğur qazanmağı bacardıq və finala məhz “Neftçi” yüksəldi.
 
- Bu uğura çox çətinliklə nail olmağınızın səbəbi nədi?
- Kubokdakı oyunların hər ikisi göstərdi ki, finala çıxmağa məhz “Neftçi” layiqdi. Həm ilk, həm də sonuncu oyunda üstünlük tam olaraq bizim əlimizdə idi. Sadəcə, qol vura bilmirdik ki, bu dəfə onu da bacardıq.
 
- Son dəqiqələrdə təmiz bəxtiniz gətirdi. Çünki rəqibin yüz faizli qol imkanı qazandığı zamanı az qala hesab bərabərləşəcəkdi...
- Bunda özümüz günahkarıq. İntirqanı son dəqiqələrə saxlamamalı idik. İlk hissədəcə daha bir qol vurmalıydıq ki, oyunun sonlarında elə risklərə yol verməyək.
 
- Finalda sizi “Bakı” gözləyir...
- Düzü, “Qarabağ”ın finaldan kənar qalacağını çox az adam gözləyərdi. Amma bunun bizə qətiyyən aidiyyatı yoxdu. “Neftçi” rəqibinin kimliyindən asılı olmayaraq, kuboku qazanmaq istəyir. Bura qədər gəlib, mükafatı qazanmamaq günah olardı. Niyə də bu mövsüm “qızıl dubl” eməyək”?
 
- Amma buna qədər çempionluğunuzu bayram etməlisiz...
- Çoxları artıq bizi təbrik edirlər. Amma biz hələ tələsmək istəmirik. Daha bir addım qatmalıtıq.
 
- Bu addımı “Qarabağ”la oyunda atmaq mümkün olacaq?
- Bu oyunda mənim üçün artıq xüsusi dəstək olacaq. Serbiyadan dostlarım gələcək.
 
- Siz belə əminsiz ki, çempionluğu məhz bu oyunda rəsmiləşdirə biləcəksiz?
- Biz bu oyundan sonra çempionluğumuzu bayram etməyə borcluyuq. Əks halda mən dostlarımı Serbiyadan bura çağırmazdım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.