26 aprel 2012 18:22
Tahir Süleymanov: Mpenzanın tələbi əsassızdı
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov komandanın sabiq hücumçusu Emil Mpenzanın onlardan 700 min dollar təzminat istəməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bu ilin fevral ayında bütün aidiyyatı sənədləri FİFA-ya göndərmişik. Çünki həmin vaxt belçikalı futbolçu komandanın düşərgəsini özbaşına tərk edərək vətəninə yollanmışdı. Aprelin 11-ə kimi Mpenza bizim şikayətimizə cavab verməli idi. O, özü müqavilənin şərtlərini yerinə yetirməyə məcburdu. Ondan sonra bizdən nəsə tələb edə bilər. Mpenzanın tələbi əsassızdı”.