26 aprel 2012 18:30
Georgi Nikolov: FİFA-nın qərarları mükəmməl bir film ssenarisi ola bilər
“İnter”in prezidenti Georgi Nikolov “Xəzər Lənkəran”ın FİFA tərəfindən ləğv edilmiş 6 xalının bərpasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən "Xəzər Lənkəran"ı xallarının qaytarılması münasibəti ilə salamlayıram, təbrik edirəm. Hesab edirəm ki, bu, idman mübarizəsi baxımından ədalətli bir qərardı. Amma bütövlükdə bu baş verənlər Latın Amerikası filmləri üçün mükəmməl bir ssenari ola bilər. Çünki xalları gah ləğv edirlər, gah geri qaytarırlar”.