26 aprel 2012 18:48
Tahir Süleymanov: XL-la bağlı son qərar bizi sevindirdi
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov “Xəzər Lənkəran”ın FİFA tərəfindən ləğv edilmiş 6 xalının bərpasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bu xəbər sevindik. Burda söhbət təkcə ədalətin bərpasından yox, həm də futbolumuzun prestijindən gedir. Hər bir əcnəbi Azərbaycana gələndə bilməlidi ki, burda futbol oynamaq lazımdı, daha kimlərdənsə şikayətlənməməlidi”.
