26 aprel 2012 10:35

FIFA XL-la bağlı səhvini etiraf etdi

Bu gün “Xəzər Lənkəran” Futbol Klubuna FİFA İntizam Komitəsi tərəfindən məktub ünvanlanıb. Azerisport.az xəbər verir ki, məktubda “Xəzər Lənkəran” FK tərəfindən futbolçu Romulo Silvano Silvaya edilən ödənişin təyin olunmuş əlavə müddət ərzində yetirildiyi və FİFA İntizam Komitəsinin AFFA-ya klubdan 6 xal silinməsi barədə etdiyi sorğunun səhv olunması qeyd olunub.
 
Bununla da, adıçəkilən məktubda FİFA İntizam Komitəsi həmin sorğunun icrasının AFFA tərəfindən ləğv edilməsi və “Xəzər Lənkəran” FK-nun 6 xalının dərhal bərpa edilməsini barədə ölkə futbol federasiyasından tələb edin. Məktubun mətnindən çıxarış:
 
“Diqqətinizə çatdırırıq ki, bizə məlum olduğuna görə “Xəzər Lənkəran” FK tərəfindən oyunçu Romulo Silvano Silvaya ödənilməli olan qalıq məbləğ klub tərəfindən 30 mart 2012-ci il tarixdə ödənilib ki, bu da ödənişin kreditor tərəfindən 13 mart 2012-ci il tarixli məktubda qoyulmuş tarix çərçivəsində həyata keçirildiyi deməkdir. Orada tərəfimizdən məktubun qəbul edilməsindən 3 həftə sonra klubdan xalların çıxılması tələb edilmişdir. Bununla da, xalların silinməsi barədə etdiyimiz sorğunun səhvən və kreditor tərəfindən qoyulmuş müddətdən əvvəl edildiyini bildiririk.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından xalların silinməsi barədə etdiyimiz sorğunun icrasının ləğv edilməsini və “Xəzər Lənkəran” FK-nun silinmiş altı xalını dərhal bərpa etməsini tələb edirik.
 
Bundan əlavə qeyd edirik ki, bu məktubun surəti İdman Arbitraj Məhkəməsinə CAS/2012/A/2774 saylı işlə əlaqədar göndəriləcək.
 
Sonda bütün məbləğin kreditorun təyin etdiyi müddət çərçivəsində sonuncuya ödənilməsini nəzərə alaraq, sizə məlumat veririk ki, bu məsələ üzrə iş tərəfimizdən yekunlaşdırılır.
 
Diqqətinizə görə təşəkkür edirik və yaradılan hər hansı bir narahatçılığa görə təəssüf etdiyimizi bildiririk”.
 
Bununla da, “Xəzər Lənkəran” Futbol Klubu bu məsələdə haqlı tərəf olduğunu rəsmən sübut etdi və FİFA İntizam Komitəsi də öz məktubunda bunu təsdiqlədi. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.