26 aprel 2012 11:22
Yunis Hüseynov: Şadam ki, hər şey geridə qaldı
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov komandasının 6 xalının bərpa edilməsi ilə bağlı FIFA-nın qərarına münasibətini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandanın hesabından 6 xalın silinməsini istəməzdik. Bu, “Bakı” ilə oyuna bir gün qalmış baş verdi. Buna görə də biz həmin görüşdə psixoloji cəhətdən toparlana bilmədik, məğlub olduq. Ola bilər ki, məhz bu oyunda biz qızıl xallar itirdik. Ancaq şadam ki, hər şey geridə qaldı. Biz öz yüksək məqsədlərimizi həyata keçirməyə davam edəcəyik”.