26 aprel 2012 12:00

XL qayıtdı, Qarabağ avrokuboklarsız qala bilər

FIFA-nın “Xəzər Lənkəran”a qarşı cəza tədbiri kimi 6 xallıq cərimə barədə qərarının ləğvi və sözügedən xalların bərpasından sonra Premyer Liqanın turnir cədvəlində dəyişikliklər qaçılmazdı. Azerisport.az xəbər verir ki, bu dəyişiklik ilk növbədə “Qarabağ”a təsirsiz ötüşməyə bilməz.
 
Ağdam klubu son üç mövsümdə ilk dəfə olaraq avrokuboklarsız qala bilər. Əgər Premyer Liqa təmsilçiləri çempionatı turnir cədvəlinin hazırkı sıralaması ilə başa vursalar, qitə miqyasında ən uğurlu təmsilçimiz “Qarabağ” avrokuboklardan kənarda qalacaq. Hazırda “Qarabağ” dördüncü pillədə qərarlaşıb və beşinci pillədə qərarlaşmış “Bakı”nın ölkə kubokunun finalına vəsiqə qazanmasından sonra bu pillə artıq avrokuboklara vəsiqəni təmin etmir. “Qarabağ”ın çempionluq şansları da yoxdu. Bu isə avrokuboklara düşmək üçün komandanın mütləq “gümüş” və “bürünc” verən yerlərdən birinə yiyələnməyə borclu olması deməkdi. Ancaq bu halda Ağdam təmsilçisi qitə turnirinə vəsiqə qazana bilər.
 
Xatırladaq ki, ölkə kubokunun finalında “Neftçi” və “Bakı” qarşılaşacaq. Əgər “Neftçi” ölkə çempionu titulunu qorusa, Çempionlar Liqasında iştirakını təmin edəcək. “Bakı” isə ölkə kubokunun finalındakı nəticədən asılı olmayaraq Avropa Liqasına yollanacaq. Həmçinin çempionatda ikinci və üçüncü yerlərin sahibləri də Avropa Liqasında oynamaq imkanı qazanacaq. Dördüncü pillənin Avropa Liqasına vəsiqə verməsi yalnız növbəti halda baş verə bilər: “Neftçi” çempionluğu “Xəzər Lənkəran” və ya “İnter”ə uduzmalı (Böyükağa Hacıyevin yetirmələrindən başqa nəzəri cəhətdən yalnız bu komandalar çempion ola bilər) və ölkə kubokunun finalında “Bakı”ya qalib gəlməlidi. Belə olan halda “Qarabağ” dördüncü pillədən Avropa Liqasına vəsiqə əldə edə bilər.
 
Ancaq bunun üçün dördüncü pilləni də qazanmaq lazımdı. Hazırda mənəvi yüksəlişdə olan “Bakı” hətta medallar uğrunda mübarizəyə girişib. “Bakı”ı ilə üçüncü yer arasında 5 xallıq fərqin aradan qaldırılması şəxsi görüşlərin keçiriləcəyini nəzərə alsaq, mümkünsüz görünmür. Ağdamlıların bütün mübarizəsi irəlidədi. Növbəti turda isə “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək. “İnter” “Xəzər Lənkəran”ı qəbul edəcək. “Bakı” isə “Qəbələ”nin qonağı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.