26 aprel 2012 11:40
Azərbaycan yığmasının üzvü Eintracht-la oyunda yardımçı ola bilmədi
Almaniya cənubi regional liqasının 30-cu turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın çıxış etdiyi “Freiburg ll” səfərdə “Eintracht ll” ilə qarşılaşıb. Oyun “Freiburg ll” məğlubiyyəti ilə nəticələnib - 1:3. Ufuk Budak 90 dəqiqə meydanda olsa da komandasını məğlubiyyətdən qurtara bilməyib.
Qeyd edək ki, hazırda “Freiburg ll” 45 xalla 6-cı pillədə qərarlaşıb. Rəqib “Eintracht ll” 60 xalla üçüncüdür.
