26 aprel 2012 12:18
Millimizin Belarusla oyunu ləğv olundu
Azərbaycan milli komandasının iyunun 5-də, Minsk şəhərində Belarus yığması ilə keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv olunub. Azerisport.az xəbər verir ki, məlumatı AFFA yayıb.
Məlumatda bildirilir ki, millimizin üzvlərinin əsasən Premyer Liqasının aparıcı klublarında çıxış etməsini və həmin klubların avrokuboklarda mübarizə aparacağını, Belarus yığması ilə yoldaşlıq oyununun avrokubok qarşılaşmaları ərəfəsinə təsadüf etdiyini nəzərə alan millinin baş məşqçisi bu barədə qərar qəbul edib.
