26 aprel 2012 11:50
Emrah Çelikel: Qarabağın nəticələri heç kəsi qane etmir
“Qarabağ”ın icraçı direktoru Emrah Çelikel komandanın avrokuboklardan kənarda qala bilməsi ehtimalı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, vəziyyəti belə şərh edib:
“İlk növbədə “Xəzər Lənkəran”ın 6 xalının qaytarılmasına şadıq. Bu cəza özlüyündə ədalətli deyildi. Bizim vəziyyətimizə gəlincə, həqiqətən də, biz hazırda avrokuboklar zonasından kənardayıq. Son nəticələr, xüsusən ölkə kubokunda “Bakı”ya məğlubiyyət klubda heç kəsi qane etmir. Ancaq biz inanırıq ki, çətin vəziyyətdən çıxacağıq. Mövsümün sonuna qədər ikinci pilləni tutmaq şansımız var və biz buna çalışacağıq. İstəmirəm ki, “Qarabağ” avrokuboklarsız qalsın”.
