27 aprel 2012 00:04
Fenerbahçe də Türkiyə kubokunun finalına çıxdı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 1 görüş baş tutub.
“Bursaspor” “Eskisehirspor”la üz-üzə gəlib. Neytral meydanda keçirilən qarşılaşmada bursalılar 3 cavabsız qolla qalib gələrək, ilk finalçı olublar.
Digər yarımfinal cütündə isə “Karabükspor”la “Fenerbahce” qarşılaşıb. Artıq 10 illərdi kuboku qazana bilməyən "sarı bülbüllər" bu dəfə sözügedən həsrətə son qoymaq üçün önəmli addım atıblar. Beləliklə, Türkiyə kubokunun finalında “Bursaspor”la "Fenerbahçe" üz-üzə gələcək.
Türkiyə kuboku
Yarımfinal
25 aprel
Bursaspor – Eskisehirspor – 3:0
Qollar: Pinto, 33; 46, Batalya, 54.
26 aprel
Karabükspor - Fenerbahce - 0:2
Qollar: S.Şentürk, 36, Dia, 58.
