26 aprel 2012 12:34
AFFA-nın keçirdiyi turnir başa çatdı (FOTOLAR)
AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkil etdiyi dövlət və özəl müəssisələr arasında liqanı”n oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, 12 komandanın iştirak etdiyi və 22 turdan ibarət olan yarışın qalibi “Embawood” olub. Bakcell və Dəmirbank isə müvafiq olaraq II və III pilləni tutub. AFFA-nın Futbol Akademiyasının meydançasında turnirin qalibi və iştirakçıları mükafatlandırılıb. Qalib komandalara kubok və diplom, eləcə də pul mükafatı verilib.
