26 aprel 2012 12:45
Yunis Hüseynov: İndi Xəzər Lənkəran çempion olmaq istəyir
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov komandasının ölkə çempionatında ikinci pilləyə qayıdışından sonra azerisport.az saytının suallarını cavablayıb.
- Sizi 6 xalın qaytarılması ilə təbrik etmək olar?
- Sağ olun. Ancaq düzünü deyim, ümumiyyətlə bu 6 xalın silinməsini istəməzdik. Bu, “Bakı” ilə oyna bir gün qalmış baş verdi. Biz bu oyuna psixoloji cəhətdən toplana bilmədik (1:4). İnanıram ki, başqa halda hesab fərqli olardı. Şadam ki, 6 xalımız qaytarıldı. Biz öz yüksək məqsədlərimizi izləməkdə davam edirik.
- Siz çempionluq haqda düşünürsünüz?
- Başa düşürəm ki, “Bakı”ya məğlubiyyət ola bilsin ki, bizi qızıl xallardan məhrum edib və mövsümün sonunda bu xallar dadımıza çata bilərdi. Ancaq indi qarşımızda sadə tapşırıq var - qalan hər üç oyunda qələbə. Bunu edə bilsək, çempion ola bilərik.
- Son bir neçə gün “Xəzər Lənkəran” üçün uğurlu oldu, “Neftçi” üzərində qələbə də bura daxildi...
- Bu üç xalın bizə vacib olmağına baxmayaraq, komanda “Neftçi” üzərində qələbəni artıq unudub. Biz yaxşı oynadıq və əhvalımız yaxşılaşdı. İndi “İnter”lə oyun hazırlaşacağıq. Bu görüş daha da çətin ola bilər.
- Yaxın günlərdə siz bir sıra oyunçularla müqavilə müddətini uzatdınız. Niyə belə tez?
- Biz müqavilə ilə bağlı sualları sonraya saxlamaq istəmədik. Futbolçunun öz gələcəyi haqda təsəvvürü olmalı və o, bu barədə sakit olmalıdır. Kamran Ağayev, Elnur Allahverdiyev, Adrian Pit, Rahid Əmirquliyev və Eder Bonfim komandada çıxışlarını davam etdirəcək. Digər oyunçularla razılıq daha davamlıdı.
- Ağayev bildirib ki, xarici kluba keçmək istəyir.
- Belə görünür ki, hələ ona təklif yoxdu. Həm də onun oyunu xoşuma gəlir. Buna görə də ona müqavilə təklif etdik. O, razılaşdı.
- “İnter”lə keçiriləcək oyun barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə bu barədə nə demək olar? Bizi Kubokun finalından məhrum və bundan təsirlənmiş güclü komanda gözləyir. Onların yaxşı heyəti var, meydanda gözəl anlaşırlar. Ancaq çempionluq urunda mübarizə imkanımız olduğundan, bizim xal itirməyə haqqımız yoxdu. Buna görə mənə belə gəlir ki, biz “Bakı”nı məğlub edə biləcəyik.
- Siz Kaxaber Tsxadadze ilə münaqişəni artıq unutmusunuz?
- Bu dəfə belə hal təkrarlanmayacaq. Bu barədə artıq unutmuşuq. Gəlin keçmişi yada salmayaq. Biz Kaxaberlə Bakıda görüşdük və hər şeyi müzakirə etdik. Ürəkdən söhbət etdik. Mən bu məsələni şişirtmək istəməzdim.
