27 aprel 2012 13:30
Azərbaycan-Andorra oyununda İsrail “casus”u
Xəbər verdiyimiz kimi, mayın 30-da, Almaniyanın Frankfurt şəhərindəki “Viktoria Kelsterbach” stadionunda Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu qarşılaşma millimizin DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərindən olan İsrail millisinin də diqqət mərkəzindədi.
Belə ki, Azərbaycan – Andorra oyununu izləmək üçün İsrail millisinin baş məşqçisinin köməkçisi Yossi Abuksis Frankfurta ezam olunacaq. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
