27 aprel 2012 02:05
Əfran İsmayılovun durumu tam dəqiqləşdi
Məlum olduğu kimi, “Qarabağ”ın “Bakı”yla baş tutan kubok oyununda ikinci yarıda meydana daxil olan Əfran İsmayılov uzatma dəqiqələrində İbrahim Kaqrbo ilə girdiyi mücadilə sonucunda zədələnərək meydanı erkən tərk etməli olmuşdu. Azerisport.az xəbər verir ki, ötən gün Bakıya dönən Əfran müyainə edilib.
24 yaşlı yarımmüdafiəçinin ayağında yırtıq aşkar edilib. Sağ cinah yarımmüdafiəçisinin ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Çempionatın sonuna 3 tur qaldığını nəzərə alsaq, Əfran İsmayılovun mövsümü erkən qapadığını qeyd etmək olar. (klub saytı)
