27 aprel 2012 02:15
Tuyqun Nadirov: Xəzər Lənkəran sübut etdi ki...
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov FİFA tərəfindən ləğv olunan 6 xallarının bərpa olunması ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz inanırdıq ki, düzgünük və bu üzdən sona kimi mübarizəmizi apardıq. Sübut etdik ki, “Xəzər Lənkəran” öz haqlarını müdafiə edəcək gücdədi. Komandamız bir neçə dəfə ədalətsizliklərlə üzləşib. Amma biz həmişə öz imicimizi qorumağı bacarmışıq. İlk gündən də bəyan edirdik ki, heç nəyə görə komandanın altı xalının silinməsi düz deyil. Bu məsələdə də biz digərlərinə nümunə olduq”.