27 aprel 2012 14:14

Məşqçilərimiz üçün lisenziya həsrəti başa çatır

On azərbaycanlı futbol məşqçisi İsveçrə səfərini başa vuraraq, vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, həmin mütəxəssislər PRO kateqoriyalı məşqçi kursları çərçivəsində sözügedən ölkədə imtahan veriblər.
 
Bu kurslarda iştirak edən mütəxəssislərimizin demək olar ki, hamısı UEFA-nın mənzil qərargahında olub. Yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasını tək qoymaq istəmədiyi üçün sözügedən səfərə yollanmayıb.
 
Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev UEFA-ya səfərdən danışarkən, bunları dilə gətirib: “Hər şey yüksək səviyyədə keçdi. Dünya şöhrətli mütəxəssislər bizə mühzairə oxudular. Düzünü deyim ki, bu dörd günün necə keçdiyini özümüz də bilmədik. Ora səhər tezdən gedib, axşam doqquzda çıxırdıq. Əminəm ki, bu seminarlar məşqçilərimiz üçün çox faydalı olacaq”.
 
Şahin Diniyevlə yanaşı bu seminarlarda Vəli Qasımov, Arif Əsədov, Nazim Süleymanov, Təbriz Həsənov, Yaşar Vahabzadə və başqaları da olub. Onlar bu seminarlarda dünya futbolunun bir sıra tanınmış isimləri ilə birgə iştirak ediblər. Məsələn, Fransa yığması ilə dünya və Avropa çempionu olmuş Marsel Desayi, Almaniya yığmasının sabiq qapıçısı Yens Lemann, Almaniya millisinin sabiq yarımmüdafiəçisi Ditmar Hamann, Rusiya yığmasının sabiq hücumçusu Nikolay Pisarev və başqaları. Seminarda estoniyalı mütəxəssislər də olublar. Bütövlükdə, 80 nəfərdən çox məşqçi PRO kateqoriyası almaq üçün UEFA-nın bu seminarına qatılıb.
 
Diniyevin sözlərinə görə, hələ imtahanların nəticələri məlum deyil: “Nəticələri gələn həftə biləcəyik. Məhz o vaxt biləcəyik ki, biz lisenziya almağı bacaracağıq, ya yox”.
 
Qeyd edək ki, PRO kateqoriyasına malik məşqçi dünyanın istənilən klubunda işləmək hüququ qazanır. Lakin əksəri işsiz olan bizim məşqçilərin özlərinə yeni klub tapıb-tapmayacağı sual doğurur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.