27 aprel 2012 14:31
Qvardiola təsdiqlədi: Barcelonadan gedirəm
Xosep Qvardiolanın "Barselona" klubundakı dörd illik fəaliyyəti başa çatır. Azerisport.az xəbər verir ki, Pep bu gün keçirdiyi mətbuat konfransında növbəti mövsümdən komandadan ayrılacağını bəyan edib.
Məlumata görə, Qvardiola bu məsələylə əlaqədar klubun prezidenti Sandro Rosseli xəbərdar edib. O, həmçinin komanda üzvlərinə də növbəti mövsümdən komandanı çalışdırmayacağını bildirib.
Xatırladaq ki, iyunda müqaviləsi başa çatan Qvardiolanın "Chelsea", "İnter" və ya İngiltərə milli komandasında işləyəcəyi barədə xəbərlər yayılıb.
