27 aprel 2012 15:37
Berti Foqts üçün 3 Premyer Liqa oyunu
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Premyer Liqanın 30-cu turu çərçivəsində keçiriləcək oyunlardan üçünü canlı izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, almaniyalı mütəxəssis aprelin 28-də keçiriləcək “Rəvan” – “Kəpəz”, aprelin 29-da keçiriləcək “Neftçi” – “Qarabağ” və “İnter” – “Xəzər Lənkəran” oyunlarını stadionda izləyəcək.
