27 aprel 2012 15:43
Azərbaycan kuboku: final oyununda nominal ev sahibi müəyyənləşdi
Futbol üzrə Azərbaycan kubokunun final oyunuda nominal ev sahibi olacaq komandanın adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu gün AFFA-da kubokun 2011/12 mövsümünün finalçıları - "Bakı" və "Neftçi" klubunun rəsmilərinin iştirakı ilə püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən "Neftçi" Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq. Məlumatı Peşəkar Futbol Liqası yayıb.
Azərbaycan kuboku
Final
17 may (cümə axşamı)
Neftçi - Bakı
Bakı. Dalğa Arena.
