27 aprel 2012 16:25
XL-da çempionluq mükafatı açıqlandı
“Xəzər Lənkəran” rəhbərliyi komanda üzvlərinə çempion olacaqları halda yüksək mükafat verəcək. Azerisport.az xəbər verir ki, cənub klubunun başbilənləri futbolçularını daha yaxşı stimullaşdırmaq üçün komandaya 1 milyon ABŞ dolları mükafat ayıracaq.
Qeyd edək ki, hazırda “ağ-yaşıllar” 54 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. Lider “Neftçi” isə cənubluları 6 xal qabaqlayır. Yunis Hüseynovun komandası təyin olunan 1 milyon dolları – çempionluğu qazanmaq üçün qarşıdakı “İnter”, “Qəbələ” və “Qarabağ”la oyunlarda mütləq qələbə qazanmalı, eləcə də “Neftçi”nin ən azı iki oyunda xal itirməsini arzulamalıdı.
