27 aprel 2012 17:02
Araz Abdullayev baş məşqçisiz qaldı
Yunanıstan “Panionios”unun və futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayev baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Afina klubunun çalışdırıcısı Apostolos Mantsios istefaya göndərilib.
Bu haqda yayılan rəsmi açıqlamada mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib. Qeyd edək ki, Mantsios komandanı bu mövsüm elitada saxlamağı bacarıb. Lakin görünür qarşısına daha ciddi hədəflər qoyan klub rəhbərliyi artıq onunla iş birliyini davam etdirməkdə maraqlı olmayıb. Yeni baş məşqçinin kim olacağı isə bilinmir.
Maraq üçün qeyd edək ki, Yunanıstanda artıq mövsüm başa çatıb. Bu üzdən də Araz hazrda Bakıdadı. Çox güman ki, Abdullayev icarə əsasında çıxış etdiyi Yunanıstan klubu ilə müqaviləsinin müddətini uzadacaq. Futbolçunun transfer hüququ isə “Everton” və “Neftçi”yə məxsusdu.
