27 aprel 2012 17:34
Barcelonanın yeni baş məşqçisinin adı rəsmən açıqlandı!
İspaniyanın “Barcelona" klubunn yeni baş məşqçisinin kimliyi müəyyənləşib. Azerisport.az xəbər verir ki, son dörd ildə bu komandanı çalışdıran Xosep Qvardiola bu gün postundan getdiyini rəsmən açıqlayıb.
Elə sözügedən mətbuat konfransında bunu rəsmən açıqlayan mütəxəssisin yerini tutacaq şəxsin adı da qeyd edilib. Klub prezidenti Sandro Rosell Pepə təşəkkür edib və onu əvəzələyəcək adamın adını açıqlayıb. Bu, Tito Fransesk Vilanovadı.
Qeyd edək ki, Vilanova indiyə qədər Qvardiolanın köməkçisi idi. Bundan sonra isə o, baş məşqçi kimi fəaliyyət göstərəcək. Qvardiolanın da bu mövsümün sonuna qədər işini davam etdirəcəyini bildirək.
