27 aprel 2012 18:10
Kamran Ağayev: Hələ XL-la müqavilə imzalamamışam
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev hələ də gələcək taleyinə tam aydınlıq gətirməyib. Azerisport.az xəbər verir ki, onun cənub klubu ilə müqavilə imzaladığı barədə xəbərlər yayılsa da, futbolçu özü bunu təsdiqləməyib:
“Hələ müqavilə bağlamamışam. Amma klub rəhbərliyi mənə müqavilə təklif edib. Hazırda müqavilənin detallarını müzakirə edirik. Mənə digər komandalardan da maraq var. Lakin heç kimlə danışıqlar aparmayacağam. Çünki hələ “Xəzər Lənkəran”da çıxış edirəm. İlk növbədə klubumla bütün məsələləri yoluna qoymalıyam”.