27 aprel 2012 18:36
Bakı qələbə qazandı, XL məğlub oldu
Bu gün Pemyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatında 30-cu tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
"Bakı" doğma meydanda "Kəpəz" üzərində minimal hesablı qələbəyə sevinib. "Rəvan" - "Xəzər Lənkəran" görüşündə də meydan sahibləri gülən tərəf olublar. Nəticədə cənub təmsilçisi son pilləyə yuvarlanıb. "Sumqayıt" isə "Turan"ı darmadağınla yola salıb.
Əvəzedicilərin çempionatı
30-cu tur
27 aprel (cümə)
Bakı - Kəpəz – 1:0
Qol: Namiq Ələsgərov, 85.
Hakimlər: Rəşad Aydınov, Mahir Alferinov, Maqsud Şıxəliyev, Mahir Məmmədov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
Rəvan - Xəzər Lənkəran – 2:1
Qollar: (Amid Hüseynov, 18, Sergey Çernışev, 63 - Habil Nurəhmədov, 76.
Hakimlər: Səbayel Qurbanova, Ülviyyə Mustafayeva, Rasim Əhmədov, Nihad Xəlilov
Bakı. "Şəfa" stadionu. 4-cü meydança.
Sumqayıt - Turan – 4:1
Qollar: Aqşin Muxtaroğlu, 21, Ruslan Nəsirli, 50; 61; 64 - Elmixan Məmmədov, 82.
Hakimlər: Venera Kahriç, Maya Nəbiyeva, Balabəy Ağayev, Anar Heydərov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
1
29
19
6
4
66-33
63
