27 aprel 2012 10:55
Araz Abdullayev Bakıya qayıdıb
Yunanıstan “Panionios”unun və futbol üzrə gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayev Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, Yunanıstanda mövsüm başa çatdığından digər legionerlər kimi, həmyerlimiz də vətənə qayıtmalı olub.
Çox güman ki, Abdullayev icarə əsasında çıxış etdiyi Yunanıstan klubu ilə müqavilə müddətini uzadacaq. Futbolçunun transfer hüququ “Everton” və “Neftçi”yə məxsusdu.
