27 aprel 2012 11:50
Lukaş Mario Horvat: Gələcək çempionu finalda məğlub etmək istəyirik
“Bakı”nın yarımmüdafiəçisi Lukaş Mario Horvat azerisport.az saytına müsahibəsində futbol üzrə ölkə kubokunun ikinci yarımfinal oyununda “Qarabağ” üzərində qələbə (ilk oyun: 0:1; ikinci oyun: 1:0, penaltilərlə: 5:4), ölkə çempionatının 30-cu turunda “Qəbələ”yə qarşı keçiriləcək oyun və mövsümün yekunları barədə danışıb.
- Çoxları “Bakı”nın “Qarabağ”ı Quzanlıda iki dəfə ardıcıl məğlub edəcəyini gözləmirdi (qeyd: ilk dəfə ölkə çempionatının 29-cu turu çərçivəsində - 4:2).
- “Qarabağ” layiqli rəqibdir. Oyun çox çətin alındı. Xüsusən doğma meydanda ilk oyunun nəticəsini nəzərə alsaq, üstümüzdə təzyiq vardı. Ancaq qələbəyə inanırdıq. Bütün komandanın oyununu qeyd etmək istərdim. Qoldan sonra biz daha bir qol vuracağımıza inandıq, ancaq hər şeyi “lotereya” həll etdi. Əsas odur ki, “Bakı” finala çıxdı.
- Məhz sizin qolunuz cütün nəticəsinə heç-heçə gətirdi. Qol vəziyyətində Boyan Pavloviçin səhv etdiyini demək olar?
- Bilirsiniz, qapıçı meydançasına ötürmə zamanı belə qarışıqlıqda qapıçıya topu saxlamaq həmişə çətin olur. Belə vəziyyətdə imkanlar yarı-yarıya olur. Futbolda tez-tez belə olur, bir komanda digərinin səhvini gözləyir. Pavloviç kiçik bir səhv etdi. Hamımız belə səhvlər edirik. Bu səhvdən istifadə etməkdə bəxtimiz gətirdi.
- Yəqin ki qarşılaşmanın taleyini “lotereya”ya saxlamaq istəmirdiniz.
- Doğrudan da, biz hər şeyi 90 dəqiqə ərzində həll etmək istəyirdik. Ancaq penaltilər həqiqətən lotereyadır. Burada kimin kimin bəxti gətirdisə, o da qazanır. İkinci hissədə imkanlarımızdan istifadə edə bilsəydik, bu, penaltilərə gətirib çıxarmazdı. İstənilən halda rəqibdən daha yaxşı oynayıb finala çıxmağımıza şadam.Hətta penaltilər seriyasında məhz bizim finala çıxacağımıza inanırdım.
- “Bakı” ilə maraqlı dəyişikliklər baş verib: mövsüm ərzində komandanız “Qarabağ”a uduzub və birdən dörd gün ərzində səfərdə iki vacib qələbə qazandınız.
- “Qarabağ” üzərində iki dəfə ardıcıl qələbə qazanmaq çox çətindir. Çempionatda onları 4:2 hesabı ilə məğlub etdikdən sonra, çoxları kubok oyununda da uğur qazanacağımıza inanmırdı. Qış fasiləsindən sonra bizi tənqid edirdilər, ancaq indi biz özümüzə gəlirik. Sadəcə, yeni oyunçulara vaxt lazım idi. Uyğunlaşma dövrü artıq arxadadır. Hazırda xətlər arasında əlaqə və qarşılıqlı anlaşma bir neçə ay əvvələ nisbətən xeyli yaxşıdır. Buna görə də yaxşı oynamağa başlamışıq. Çalışırıq ki, daha səhv etməyək.
- İndi Kubokun finalında sizi “Neftçi” gözləyir.
- Düşünürəm ki, o vaxta qədər “Neftçi” çempionluğunu rəsmiləşdirəcək. O komanda ən yaxşısına layiqdir. “Neftçilər”in oyunçuları özünü ən yaxşı tərəfdən göstərir. Düşünürəm ki, final çox baxımlı alınacaq. Biz qələbəyə köklənmişik. Gələcək çempionu finalda məğlub etmək istəyirik.
- Avrokuboklara düşmək tapşırığı tam yerinə yetirilib. Bu hal çempionat oyunlarına köklənməyə imkan verir?
- Əlbəttə. Biz sona qədət oynayacağıq. Hətta yoldaşlıq oyunlarında qələbəyə köklənirik, premyer-liüa haqda nə demək olar? Qarşıda bizi “Qəbələ” ilə oyun gözləyir. Biz bu oyunda da qələbə qazanmaq istəyirik. Ardıcıl üç oyunluq qələbə turnir cədvəlində mövqeyimizi daha a yaxşılaşdırmağa kömək edəcək. Qarşıdakı turlar finala əla hazırlıq olacaq.
- Yeri gəlmişkən, “Qəbələ” haqda. Gələcək rəqibiniz barədə nə deyə bilərsiniz?
- Bu komandanın yığma təmsilçiləri də olan yaxşı heyəti var. Öz meydanında “Qəbələ” səfərə nisbətən ikiqat yaxşı oynayır. Hesab edirəm ki, bizi Quzanlıda “Qarabağ”a qarşı keçirdiyimiz oyun kimi çətin bir oyun gözləyir. Buna baxmayaraq biz çətinliklərə hazırıq. Çempionatda çox xal itirmişik. İndi xalları qazanmaq vaxtı gəlib çatıb.
