27 aprel 2012 12:00
İnter - XL oyunu 30-cu turun son görüşü oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasıının 30-cu turu çərçivəsində baş tutacaq oyunlardan birinin keçirilmə vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, “İnter” - “Xəzər Lənkəran” görüşü nəzərdə tutulduğu kimi 17:00-da deyil, aprelin 29-da saat 19:00-da başlayacaq. Komandalar “Şəfa” stadionunda üz-üzə gələcəklər.
