27 aprel 2012 12:30
Girt Karlon: Çıxışımdan narazıyam, ancaq İnterdə qalmaq istəyirəm
“İnter”in hücumçusu Girt Karlon komandadan mümkün gedişi barədə şayiələrə münasibətini bildirib. Azerisport.az saytına müsahibəsində o, deyilənləri belə şərh edib:
“Hələ heç kəs bu barədə mənimlə danışmayıb. “İnter”lə anlaşmamın müddəti bu mövsümün sonuna qədərdi. Mən bu klubda qalmaq istərdim. Çünki bura öyrəşmişəm. Düzdü, bu mövsümü hesabıma yazmaq olmaz, özüm öz oyunumdan narazıyam. Görək “İnter” üçün mövsümün sonu necə alınacaq. Mövsümü avrokuboklar zonasında bitirmək istərdim”.
