28 aprel 2012 00:56
Yaponiya – Azərbaycan matçına biletlər bu gün satışa çıxır
Futbol üzrə Azərbaycan və Yaponiya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri bu gündən etibarən satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, bu barədə Yaponiya Futbol Assosiasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən oyunu canlı izləmək arzusunda olanlar bu gün Tokio vaxtı ilə səhər saat 10:00-dan sonra özlərinə bilet ala bilərlər. Biletlər matçın keçiriləcəyi “Ekopa” stadionunun kassalarında satılır. Azarkeşlər eyni zamanda internet vasitəsilə də bilet almaq imkanına malikdilər.
Qeyd edək ki, Yaponiya – Azərbaycan oyununda biletlərin qiymətləri 4,8-194 manat aralığındadı. Sözügedən oyun mayın 23-də keçiriləcək.
