28 aprel 2012 01:15

Kamran Ağayev: Son 3 oyunda 9 xal qazana bilərik

“Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev Premyer Liqanın 30-cu turunun “İnter”lə oyunu öncəsi komandadakı durumu dəyərləndirib, FİFA-nın qərarından sonrakı ab-havaya, eləcə də bu qərara qarşı çıxanların açıqlamalarına toxunub, son üç oyunda yüz faizli nəticə qazanmaq şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Komandada əhval-ruhiyyə onsuz da çox yaxşı idi. Çünki ötən həftə biz “Neftçi”ni məğlub etmişdik. Baxmayaraq ki, “Böyük oyun” ərəfəsindəki ajiotajın çox az olması məni narahat edirdi. Çünki iki il əvvəl bu oyunlar daha maraqlı alınırdı. FİFA-nın altı xalımızı qaytarmasına gəlincə, düzü bunun belə olacağını bilmirdik. İndi buna görə hərə bir cür fikir səsləndirir. Mən hamının fikrinə hörmətlə yanaşıram. Lakin bir məqamı unutmaq lazım deyil ki, bu qalmaqala görə biz də üç vacib xal itirdik. Bizim altı xalımızı məhz “Bakı” ilə oyundan bir gün öncə sildilər. Nəticədə paytaxt klubu böyük hesabla qələbə qazandı. Halbuki, belə bir qərar çıxarılmasaydı və komandamızdakı atmosfer bu şəkildə korlanmasaydı, “Bakı” bizi məğlub edə bilməzdi”.
 
Ağayev “İnter”lə qarşıdakı oyuna da toxunub: “Hamı “İnter”in necə ciddi rəqib olduğunu anlayır. Amma biz meydana qələbə üçün çıxacağıq. Çünki başqa nəticə bizi qane etmir. Bizim çempionluq şansımız var. Bu üzdən də mütləq qələbə qazanmalıyıq. “Bankirlər”lə yanaşı “Qəbələ” və “Qarabağ”la da oyunlarımız qalır. Futbolda hər şey mümkündü. Doqquz xal toplaya bilərik. Amma bu, çempion olacağımıza təminat vermir. Çünki liderin xal itirməsi də vacibdi. Hər halda biz uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Turnir cədvəlinə isə sonda baxarıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.