28 aprel 2012 18:56
Yığmamızın hücumçusu oynadı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" bu gün Türkiyə Super Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimizin üzvünün çıxış etdiyi komanda qardaş ölkə çempionatının final mərhələsində “İstanbul BB” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Bu üzdən də Cihanın komandasını çətin bir sınaq gözləyirdi. Görüşün ilk yarısı heç-heçə bitsə də, fasilədən sonra azlıqda qalan qonaqlar məğlubiyyətdən qaça bilməyiblər.
Baş məşqçi Rza Çalımbay bu oyunda Cihana da şans verib. Millimizin üzvü son oyunlardan fərqli nəhayət ki, bu görüşün 81-ci dəqiqəsində meydana çıxmaq imkanı qazanıb.
Türkiyə Super Liqası
Super Final
Avropa qrupu
28 aprel
İstanbul BB – Sivasspor - 4:2 (2:2)
Qollar: Vebo, 8-pen, Serhat Gülpınar, 45, Madureyra, 77, Ömer Can Sokullu, 90 - Eneramo, 14; 19.
