28 aprel 2012 14:09
“İnanmıram ki, Yaponiya ilə oyunda yorğunluq bizə mane olsun”
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev millimizin qarşıdan gələn Yaponiya ilə oyunu, futbolçularda mümkün yorğunluq və Rauf Mehdiyevlə rəqabət haqda danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizim işimiz oynamaqdı. İnanmıram ki, bu oyunda yorğunluq öz sözünü desin. Özü də Yaponiya kimi komandaya qarşı oynayacağıq. Bu, Asiyanın ən güclü yığmalarından biridi. Daha sonra bizi Andorra ilə də görüş gözləyir. Onları artıq məğlub etmişik. Komandaya inam lazımdı. Yığmadakı rəqabətə gəlincə, burda birinci və ya ehtiyat qapıçı yoxdu. Kim daha hazırlıqlı olursa, o da oynayır. Mehdiyev əla mövsüm keçirir. Komandası da turnir cədvəlində birinci yerdə gedir. Rauf bütöv bir qapıçı məktəbinin təcəssümüdü. Yığmada onunla bu yer uğrunda mübarizə aparmaq çox məsuliyyətli bir məşğuliyyət olacaq”.