28 aprel 2012 18:21

Dalğa Arenada qol yağışı, Tovuzda sülh (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 30-cu turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə 2 görüş baş tutub.
 
Günün hər iki matçı ikinci "altılıq" çərçivəsində keçirilib. Tovuzda "Turan" "Sumqayıt"ı qonaq edib. Hesabı qonaqlar açsalar da, qələbəni əldən veriblər və görüş sülhlə bitib.
 
Günün digər matçı isə "Dalğa Arena"da baş tutub. "Rəvan" "Kəpəz"i darmadağın edib.
 
Premyer Liqa
30-cu tur
28 aprel (şənbə)
 
TURAN - SUMQAYIT - 1:1 (0:0)
Qollar: O.Əliyev, 59 (0:1), A.Qoqoberişvili, 69-pen (1:1).
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Elşən Acalov, Tahir Əhmədov.
Tovuz. Şəhər stadionu.
 
TURAN: 12. Ramil Kərimov, 3. Aftandil Hacıyev (k), 4. Seymur Tağıyev, 5. Ayxan Abbasov, 7. Fərmayıl Əliyev, 10. Nadir Nəbiyev, 11. Georgi Beriaşvili, 14. Aleksandr Qoqoberişvili, 20. Azər Məmmədov, 21. Rəşad Orucov, 32. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 19. Ruslan Abbasov, 6. Ruslan Namazov, 17. Rəşad Piriyev, 23. Qüvvət Əmrahov, 8. Asəf Qədiri, 24. Dan Pisla.
SUMQAYIT: 23. Andrey Popoviç, 4. Samir Abbasov (k), 15. Bəxtiyar Həsənalızadə, 70. Şamil Camaləddinov, 47. Abdulla Abatsiyev, 95. Murad Ağayev, 9. Orxan Həsənov, 25. Uğur Pamuk, 19. Orxan Əliyev, 11. Kamil Nurəhmədov, 91. Ruslan Qurbanov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 8. Emin Mustafayev, 20. Timur İsrafilov, 22. Ruslan Tağızadə, 50. Samir Abdulov, 21. Murad Səttarlı, 90. Yasin Abbasov.
 
Oyun başladı
"Turan" oyuna daha fəal başlayıb
Qoqoberişvilinin uzaqdan zərbəsində dəqiqlik çatışmır
Nəbiyevin də zərbəsi qapının üstündən keçir
Oyun daha çox meydanın mərkəzində keçir
"Sumqayıt" oyunda tarazlıq yarada bilib
Hələ ki, komandalar ciddi qol vəziyyəti yarada bilməyiblər
"Turan" yenidən fəallığı artırıb
Nəbiyev daha bir qol vəziyyətini boşa verir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Autsayderlərin mübarizəsi elə statuslarına uyğun şəkildə davam edir: demək olar ki, təhlükəli vəziyyət qeydə alınmır
Orxan Əliyev qonaqların hücumunu qolla tamamlayır - 0:1
Nəbiyev hesabı bərabərləşdirməyə yaxın olsa da, zərbəsi qapıdan aralı keçir
Nurəhmədov komandasının ikinci qoluna imza atmaq şansını qaçırır
A.Qoqoberişvili penaltini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirir - 1:1
Sumqayıtlılar daha fəaldılar və qələbə qoluna imza atmağa çalışırlar
Matç başa çatdı
 
 
RƏVAN - KƏPƏZ - 5:1 (1:0)
Qollar: N.Vidakoviç, 24 (1:0), K.Torres, 56 (2:0), R.Abbasov, 71 (3:0), Y.Fomenko, 76 (3:1), R.Abbasov, 83 (4:1), K.Torres, 90+3 (5:1)
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Anar Göyçayski.
Bakı. Dalğa Arena.
 
RƏVAN: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi, 7. Elvin Musazadə, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 20. Kristian Toress, 24. Hüseyn İsgəndərov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 9. Vüsal Qarayev, 13. Fərid Həşimzadə, 15. Tural Cəlilov, 16. Fərrux Rəhimov, 21. Ceyhun Abdullayev, 22. Amid Hüseynov.
KƏPƏZ: 22. Elşən Poladov, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 2. Nail Məmmədov, 12. Mesallah Eslam, 8. Armand Feutçin, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 22. Tural Abbaszadə, 23. Junivan Suares, 14. Dmitri Parxaçov, 19. Zaur Əsədov, 27. Pərvin Paşayev, 17. Renat Sultanov, 9. Ceyhun Əhmədov.
 
Oyun başladı
5. Görüşün ilk dəqiqələrində qonaqlar daha çox fəaldılar və oyuna nəzarət edirlər
7. "Rəvan" korner yerinə yetirir: qapıya zərbəyə imkan vermirlər
10. Qonaqlar da kornerdən uğursuz yararlanırlar
15. Bu oyunu izləyənlər arasında millimizin baş məşqçisi Berti Foqts da var
19. S.Allahquliyev sarı vərəqə ilə cəzalanır
21. "Kəpəz" çox təhlükəli hücum qursa da, son anda müdafiəçilər qonaqların fərqlənməsinə imkan vermirlər
23. Qonaqların korneri təhlükəli olsa da, müdafiəçilər təhlükəni sovuşdururlar
24. R.Abbasov əks-hücum zamanı qapıçı ilə üz-üzə qalır. Onun zərbəsi qapıçıya dəyib çərçivəyə ünvanlansa da, son anda Feutçin topu boş qapıdan çıxarır
24. E.Musazadənin əla ötürməsini N.Vidakoviç başla tora qovuşdurur - 1:0
28. Vidakoviç 2-ci qolu vurmağa çox yaxın olsa da, iti bucaq altında zərbəsi qapıdan azca aralı keçir
35. Gəncəlilər hesabı bərabərləşdirmək üçün irəli atılıblar
38. Vidakoviçin zərbəsi qapı tirindən qayıdır
39. Mesallah Eslam sarı vərəqə alır
42. Mesallah Eslam kobud oyuna görə ikinci sarı - qırmızı vərəqə ilə meydandan qovulur
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
45+1. "Kəpəz" korner yerinə yetirir: uğursuz alınır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. "Rəvan" ikinci hissəyə də hücumlarla başlayıb. Ardıcıl iki korner qol gətirmir
51. Gəncəlilər də künc zərbəsindən istədikləri kimi yararlana bilmirlər
56. Bakılılardan iki ardıcıl korner: bu dəfə də bəhrəsizdi
56. K.Torres topu qapıçının başı üzərindən tora qovuşdurur - 2:0
63. "Kəpəz"in əla hücumunu qolla tamamlayan tapılmır
67. Fomenko D.Kərimi ilə üz-üzə qalsa da, qapıçını məğlub edə bilmir
70. "Kəpəz"də S.Allahquliyev D.Parxaçovla əvəzlənir
71. R.Abbasov qonaqların qapısına üçüncü qolun müəllifi olur - 3:0
72. Ə.İsmayılov sarı vərəqə ilə cəzalanır
75. "Kəpəz"də N.Kərimov yerini P.Paşayevə verir
76. "Rəvan"da isə T.Axundovu Fərrux Rəhimov əvəzləyir
76. Y.Fomenko künc zərbəsi zamanı başla hesab arasındakı fərqi azaldır - 3:1
78. F.Rəhimovun ilk işi sarı vərəqə almaq olur
79. Ə.İsmayılovun əvəzində meydana R.Sultanov çıxır
82. E.Musazadənin təhlükəli zərbəsi qapının üstündən keçir
83. E.Musazadə yerini C.Abdullayevə verir
84. Oyunun qəhrəmanına çevrilən Torres R.Abbasovu qapıçı ilə üz-üzə qoyur. Sonuncu isə qapıçını da aldadaraq özünün ikinci, komandasının dördüncü qolunu vurur - 4:1
90. "Rəvan" bu qoldan sonra da hücumlarına ara vermir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+3. Qapıçı ilə üz-üzə qalan Torres də dubla imza atır - 5:1
Matç başa çatdı
 
 
Turun qalan görüşləri sabah keçiriləcək: Qəbələ - Bakı, Neftçi – Qarabağ, AZAL – Simurq, İnter - Xəzər Lənkəran.
 
1
Neftçi
29
19
3
7
53 - 26
27
60
2
Xəzər L
29
16
6
7
39 - 26
13
54
3
İnter
29
15
7
7
28 - 20
8
52
4
Qarabağ
29
14
8
7
34 - 22
12
50
5
Bakı
29
14
5
10
40 - 31
9
47
6
Qəbələ
29
13
6
10
37 - 31
6
45
 
1
AZAL
29
11
7
11
43 - 43
0
40
2
Rəvan
30
9
10
11
35 - 36
-1
37
3
Simurq
29
7
8
14
25 - 40
-15
29
4
Kəpəz
30
8
5
17
33 - 53
-19
29
5
Turan
30
6
7
17
25 - 39
-14
25
6
Sumqayıt
30
5
6
19
24 - 49
-25
21
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi).
11 - Yuri Fomenko (Kəpəz).
10 - Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Flavinyo (Neftçi).
9 - Dodo (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.