29 aprel 2012 20:49

İnterlə XL Neftçini çempion etdi (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 30-cu turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutub.
 
İkinci altılığın son oyununda AZAL “Simurq”u qəbul edib. Bu görüş sülhlə bitib. Günün daha maraqla gözlənilən qarşılaşmaları iddialılar arasında keçirilib. “Qəbələ” ilə “Bakı” üz-üzə gəlib ki, bölgə təmsilçisi doğma meydanda 4 cavabsız qolla qələbə qazanıb. “Neftçi” isə “Qarabağ”ı məğlub etməklə çempionluq yolunda önəmli addım atıb. “İnter” isə “Xəzər Lənkəran”la qarşılaşıb. Bu görüş heç-heçə başa çatıb. Nəticədə hər iki komanda çempionluğa şanslarını itirib və "Neftçi" sona iki tur qalmış növbəti dəfə Azərbaycan çempionu adını qazanıb. 
 
Premyer Liqa
30-cu tur
29 aprel (bazar)
 
İNTER – XƏZƏR LƏNKƏRAN – 0:0 (0:0)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov.
Bakı. "Şəfa" stadionu.
 
İNTER: 1.Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. Ilia Kandalaki, 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze, 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 6. Samir Zərgərov, 13. Bronislav Çervenka, 20. Girt Karlson, 22. Peter Xrappan, 24. Fuad Bayramov.
XƏZƏR LƏNKƏRAN: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara, 16. Adrian Pit, 21. Radomir Todorov, 81. Rikardo Qomeş.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Elnur Abdullayev, 11. Andrey Mureşan, 18. Alim Qurbanov, 23. Şəhriyar Xəlilov, 30. Rendal Brenes, 33. Stevan Bates.
 
Oyun başladı
5. XL oyuna daha fəal başlayıb və ilk dəqiqələrdən rəqibi qapısına sıxışdırıb
7. Lakin daha təhlükəli vəziyyəti ilk olaraq bakılılar yaratdı: N.Hacıyevin yaxın məsafədən zərbəsi azacıq fərqlə qapının üstündən keçir
9. K.Ağayev Kandelakinin zərbəsi zamanı komandasını yüz faizli qoldan xilas edir
20. Oyuna demək olar ki, tam XL nəzarət edir
22. G.Lomaya önə çıxmsaydı, qonaqlar artıq hesabı açacaqdılar. Zlatinovun orta sahədə topu itirməsi komandasına baha başa gələ bilərdi
27. "İnter"in kornerdən fərqlənməsinə K.Ağayev mane olur
32. "İnter"in cərimə zərbəsi zamanı K.Ağayev iki cəhddə topu tutur
33. N.Hacıyevin effektli zərbəsi qapıdan azacıq yan keçir
34. Tsxadadzenin zərbəsi də təhlükəli, amma qeyri-dəqiqdi
35. Hər iki komanda ötürmələrdə çoxlu səhvlərə yol verir
36. R.Əmirquliyevin zərbəsi qapıdan azacıq aralı keçir
40. Kandelaki oyunda ilk sarı vərəqənin müəllifinə çevrilir
41. Qonaqların daha bir təhlükəli hücumu zamanı yenə "bankirlər"in bəxti gətirir
46. R.Qomeş sarı vərəqə ilə cəzalanır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. Qomeş əlverişli vəziyyətdə qapıya dəqiq zərbə endirə bilmir
53. A.Daşdəmirovun başı partladığı üçün həkimlər meydana daxil olurlar. Lakin o, sarğıyla da olsa, oyuna davam edir
55. İkinci hissə hələ ki, o qədər də maraqlı keçmir
60. Komandalar qol vəziyyəti yaratmaqda çətinlik çəkirlər
62. Bonfim sarı vərəqə ilə cəzalanır
62. Zlatinovun əvəzində meydana Çervenka çıxır
64. N.Hacıyevin qüvvətli zərbəsi qapıdan aralı keçir
68. Qomeşin əvəzində meydana E.Abdullayev daxil olur
72. Beqirinin cərimə zərbəsi canlı səddən qayıdır
78. Tounkaranı Ş.Xəlilov əvəzləyir
82. "İnter"də S.Zərgərov da oyuna daxil olur
89. Beqiri sarı vərəqə alır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
 
AZAL - SİMURQ - 0:0 (0:0)
Hakimlər: Orxan Məmmədov, Ramiz Əsədov, Yaşar Abbasov, Fərid Məmmədov.
Bakı. AZAL Arena.
 
AZAL: 1. Amil Ağacanov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 2. Robert Petrov, 13. Şəhriyar Rəhimov, 16. Branislav Arsenijeviç, 8. Ervin Bulku, 10. Nuqzar Kvirtiya, 19. Hüseyn Axundov, 11. Zohair Benouahi, 15. Georgi Boqyu.
Ehtiyat oyunçular: 85. Həsən Ağacanlı, 25. Tural Nərimanov, 6. Mindaugas Daunoraviçius, 9. Elşən Məmmədov, 14. Orxan Səfiyarov, 7. Tərlan Xəlilov, 23. Tales Şütz.
SİMURQ: 32. Dmitriy Kramarenko, 2. İlkin Qırtımov, 79.Vidas Alunderis, 3. Rasim Ramaldanov (k), 13. Aleksandr Şemonayev, 7. Ruslan Poladov, 29. İqor Tarasov, 4. Vasili Yanatovski, 77. Daniel Genov, 8. Qərib İbrahimov, 19. Anatoli Doroş.
Ehtiyat oyunçular: 52. Səbuhi Əhmədov, 17. Rüstəm Məmmədov, 10. Tofiq Mikayılov, 6. Mikayıl Rəhimov, 23. Ruhid Usubov, 21. Emin Cəfərquliyev, 15. Nicat Qurbanov.
 
Oyun başladı
Meydanda çox sakit oyun keçir və tərəflər hələ ki, ciddi qol epizodu yarada bilmirlər
Bakılılar hələ ki, oyuna daha çox nəzarət edirlər
Boqyu qapıçı ilə üz-üzə qalsa da, şansını boşa verir
"Simurq" getdikcə oyunda bərabərlik yaradır
Benuahinin qola sevinməsinə Kramarenko mane olur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Boqyu daha bir yaxşı qol vəziyyətini dəyərləndirə bilmir
AZAL-da Boqyunu Şütz əvəzləyir
Şützdən sonra meydan sahiblərinin hücumları daha kəsərli olmağa başlasa da, ciddi qol vəziyyəti yoxdu
Emin Cəfərquliyevin zərbəsində dəqiqlik çatışmır
Kvirtiyanın qola sevinməsinə son anda Kramarenko mane olur
Matç başa çatdı
 
 
QƏBƏLƏ - BAKI - 4:0 (1:0)
Qollar: Y.Kamanan, 38 (1:0), V.Hüseynov, 50 (2:0), V.Mendi, 59 (3:0), N.Məmmədov, 90+3 (4:0).
Hakimlər: Rauf Cabbarov, Namiq Hüseynov, Coşqun Həsənov, Vüsal Əliyev.
Qəbələ. Şəhər stadionu.
 
QƏBƏLƏ: 30. Qrem Smit, 3. Vurğun Hüseynov (k), 8. Bruno da Silva, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 21. Elmar Baxşıyev, 26. Daniel Lopes Kruz, 34. Ürfan Abbasov, 77. Dodo.
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 7. Yaşar Abuzərov, 15. Nodar Məmmədov, 17. Arif İsayev, 22. Murad Hüseynov, 33. Saşa Yunisoğlu, 38. Elmir Mustafayev.
BAKI: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 98. Kontreras Pardo Serxio, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 1. Marko Şarliya, 4. Vadim Borets, 17. Namiq Ələsgərov, 19. Nurlan Novruzov, 20. Elşad Manafov, 22. Tural Qürbətov, 32. Aleksey Savinov.
 
Oyun başladı
E.Məmmədovun zərbəsi dəqiq olmur
V.Hüseynovun cərimə zərbəsi zəif və qeyri-dəqiq alınır
Meydanda topu ələ keçirmək uğrunda gərgin mübarizə keçsə də, təhlükəli vəziyyətlər çox deyil
Hələlik "Bakı" daha fəaldı
Komandalar nə qədər fəallıq nümayiş etdirsələr də, təhlükəli vəziyyətlər yoxdu və bir qədər sakit oyun gedir
Dodonun zərbəsi qapıdan aralı keçir
V.Hüseynovun baş zərbəsi çox təhlükəli olsa da, hədəfdən yan keçir
Yannik Kamanan cərimə zərbəsindən hesabı açır - 1:0
Məmmədov cərimə meydançasında Dodoya qarşı kobud oynadığı üçün penaltiyə səbəb olur
Kamanan penalti zərbəsini effektli şəkildə vurmadığı üçün qapıçı asanlıqla topu tutur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Vurğun Hüseynov ilk yarıda edə bilmədiyini fasilədən sonra reallaşdırır və dəqiq baş zərbəsi ilə komandasınn üstünlüyünü artırır - 2:0
Əliyev sarı vərəqə ilə cəzalanır
Hüseynov da Kokeyə qarşı kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
Viktor Mendi hesabı darmadağın həddinə çatdırır - 3:0
"Bakı"da E.Məmmədovu N.Novruzov əvəzləyir
"Qəbələ"də Dodo yerini E.Mustafayevə verir
Smit Hacıyevin uzaqdan zərbəsini dəf edir
V.Mendini Y.Abuzərov əvəzləyir
"Bakı"da ön xətt demək olar ki, heç nə ilə yadda qalmır
Nodar Məmmədov komandasının 4-cü qoluna imza atır - 4:0
Matç başa çatdı
 
NEFTÇİ - QARABAĞ - 2:1 (0:0)
Qollar: V.Cavadov, 67 (0:1), R.Abdullayev, 71 (1:1), R.Abışov, 90+1 (2:1).
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Vaqif Musayev, Ramil Əhmədov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
 
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 22. Fərid Quliyev, 25. Cavid İmamverdiyev, 27. Rəşad Abdullayev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov, 8. Elşən Abdullayev, 11. Cavid Hüseynov, 19. Mirhüseyn Seyidov, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev.
QARABAĞ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 4. Zaur Həşimov, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 14. Rəşad Sadıqov, 19. Muarem Muarem, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 9. Bəxtiyar Soltanov, 17. Vüqar Nadirov, 11. Rauf Əliyev, 44. Eltun Yaqublu, 20. Nderim Nedzipi.
 
Oyun başladı
5. Komandalar oyuna hücumlarla başlayıblar
5. R.Sadıqov (!) qapıçı ilə üz-üzə qalsa da, zərbəsini Stamenkoviç kornerə çıxarır
6. Qonaqların künc zərbəsi qol gətirmir
8. V.Cavadovun zərbəsi qapının üstündən keçir
14. "Neftçi" fəallığı artırmağa çalışır
15. C.İmamverdiyevin çox təhlükəli zərbəsi qapıdan azca yan keçir
24. R.Abdullayevin qapıdan kənar keçən zərbəsinə toxunan Pavloviç kornerə səbəb olur
24. Lakin meydan sahibləri künc zərbəsini uğursuz yerinə yetirirlər
28. "Neftçi" oyuna nəzarəti ələ keçirib
31. Adamiyanın qapı qarşısına ötürməsi zamanı top Mitreskinin əlinə dəydiyi üçün hakim meydan sahiblərinin qapısına penalti təyin olunur
32. Penaltini V.Cavadov vurur: Onun zərbəsini Stamenkoviç geri qaytarır
33. Adamiyanın zərbəsini qapıçı tutur
34. "Qarabağ"ın daha bir təhlükəli hücumu zamanı V.Cavadov daha bir yüz faizli qol vəziyyətini boşa verir. Onun qola sevinməsinə yenə Stamenkoviç mane olur
43. R.Abdullayevin zərbəsi dəqiq alınmır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. "Qarabağ" öncə cərimə zərbəsini, arından korneri uğursuz yerinə yetirir
50. Komandalar artıq açıq oyuna keçiblər
56. "Neftçi" təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazansa da, bundan yararlana bilmir
59. Flavinyonun zərbəsi qapının üstündən keçir
63. R.Sadıqovun qüvvətli zərbəsini Sramenkoviç tutur
67. Adamiyanın böyük əməyi sayəsində sürətli əks-hücum quran "Qarabağ" Vaqifin dəqiq zərbəsiylə hesabı açır - 0:1
71. Qonaqların sevinci uzun çəkmir: R.Abdullayev uzaq məsafədən effektli zərbə ilə hesabı bərabərləşdirir - 1:1
74. F.Quliyev yerini M.Seyidova verir
77. R.Abdullayev də C.Hüseynovla əvəzlənir
79. Pavloviç Flavinyonun zərbəsini iki cəhddə zərərsizləşdirir
80. R.Sadıqovun zərbəsi kornerlə, künc zərbəsi isə uğursuz nəticələnir
86. Adamiyanı R.Əliyev əvəzləyir
87. İmamverdiyevin zərbəsini qapıçı tutur
90. Medvedev - Flavinyo mübarizəsində sonuncu yerdə qalır və hakim penalti təyin edir
90+1. Medvedev qırmızı vərəqə ilə meydandan qovulur
90+1. R.Abışov penaltini dəqiq yerinə yetirir - 2:1
Matç başa çatdı
 
Qeyd edək ki, turun digər görüşləri ilk oyun günündə keçirilib: Turan – Sumqayıt - 1:1, Rəvan - Kəpəz - 5:1.
 
1
Neftçi
30
20
3
7
55 - 27
28
63
2
Xəzər L
30
16
7
7
39 - 26
13
55
3
İnter
30
15
8
7
28 - 20
8
53
4
Qarabağ
30
14
8
8
35 - 24
11
50
5
Qəbələ
30
14
6
10
41 - 31
10
48
6
Bakı
30
14
5
11
40 - 35
5
47
 
1
AZAL
30
11
8
11
43 - 43
0
41
2
Rəvan
30
9
10
11
35 - 36
-1
37
3
Simurq
30
7
9
14
25 - 40
-15
30
4
Kəpəz
30
8
5
17
33 - 53
-19
29
5
Turan
30
6
7
17
25 - 39
-14
25
6
Sumqayıt
30
5
6
19
24 - 49
-25
21
 
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi).
11 - Yuri Fomenko (Kəpəz).
10 - Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Flavinyo (Neftçi).
9 - Dodo (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.