28 aprel 2012 15:08
“Avropa Liqasına düşmək şanslarımız çox azdı”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak komandasının Avropa Liqasına vəsiqə qazanmaq şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bakı” ilə oyuna ciddi hazırlaşırıq. Müəyyən kadr itkilərimiz var. Buna baxmayaraq, komandamız oyuna hazırdı. Rəqibimiz ciddi komandadı, hazırda yüksəlişdədi. Qələbə qazanmağa çalışacağıq. Çünki mövsümü mümkün qədər üst pillələrdə bitirmək istəyirik. Baxmayaraq ki, demək olar hər şey aydındı. Avropa Liqasına yollanmaq şanslarımız çox azdı”.
